Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni sədri o oldu - Dosye


Xəbər verdiyimiz kimi, bu gün bir sıra məhkəmələrə yeni sədr və hakimlər təyin edilib.

Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən, İsmayıl Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin olunub. O, bu təyinata qədər Ali Məhkəmənin hakimi idi. Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni sədrinin dosyesini təqdim edirik:

İ. Xəlilov 1967-ci ildə anadan olub.
1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub.
1993-1994-cü illərdə Bərdə Rayon Prokurorluğunda, 1994-cü ildə isə Ağdam Rayon Prokurorluğunda təcrübə keçib.
1994-1996-cı illərdə Respublika Prokurorluğunun Mülki işlər üzrə Məhkəmə Qərarlarının Qanuniliyinə Nəzarət idarəsinin prokuroru vəzifəsini icra edib.
1996-2005-ci illərdə Bakı şəhər Nizami rayon prokurorunun müavini, 2005-2007-ci illərdə Bakı Şəhər Prokurorluğunun Daxili İşlər Orqanlarının İstintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində Qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışıb.
2007-2012-ci illərdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin, 2012-2020-ci illərdə Bakı Apelyasiya Məhkəməsinin, 2020-ci ildən isə Ali Məhkəmənin hakimi vəzifələrini icra edib.

DİGƏR XƏBƏRLƏR

Top