Mingəçevir bazarları: “Qiymətlər 10-12 manat bahalaşıb” – Video


Mingəçevirdə sakinlər bayram qabağı bazarlarda qiymətlərin artdığını deyir.
Yeniavaz.com
xəbər verir ki, bayram təamlarının hazırlanması üçün insanlar lazım olan meyvə, tərəvəz, ət, süd məhsulları almağa çalışır.
Bazara üz tutanlar həm keyfiyyətli, həm də ucuz məhsul axtarır.
Alıcılardan bəziləri daha çox marketlərdə bahalıq olduğunu bildirirlər. Bazarda isə meyvə ucuz olsa da, ev quşları və yumurtanın qiyməti artıb. Şəhər sakinləri bildirir ki, Mingəçevirdə sitrus meyvələri paytaxt bazarları ilə müqayisədə daha ucuz təklif edilir.
Bazarda hind quşu və digər ev quşlarının satışını həyata keçirən satıcılar da artım olduğunu təsdiqləyiblər. Alıcılar isə qiymətin digər günlərlə müqayisədə 10-12 manat bahalaşdığını bildirirlər.
Bazarda bolluq olduğunu bildirən satıcılar isə meyvələrdən yalnız ananasın bahalaşdığını, tərəvəz məhsullarından isə soğanın, pomidor, xiyarın qiymətinin dəyişdiyini qeyd edirlər.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top