Moskvada müharibəni tənqid edən yaşlı qadını sürüyüb avtobusdan atdılar - Video


Moskvada Ukraynanın işğalını və Putin administrasiyasını tənqid edən yaşlı qadının sərnişinlərdən biri tərəfindən avtobusdan atılmasını əks etirən görüntülər müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan kadrlarda yaşlı qadının hakimiyyəti sərt sözlərlə tənqid etdiyi müşahidə olunur.
Rus əsgərlərinin rezin ayaqqabıda döyüşməyə məcbur edildiyini deyən qadın bildirib:
“Onlar hər şeyi oğurladılar, əsgərləri bərbad tanklarda qoydular. Bu bizim imperiyamızdır. Müflis bir imperiya".
Avtobusda olan digər qadın sərnişinin yaşlı qadına daha əvvəl Ukraynada yaşadığı üçün Rusiyaya qarşı qərəzli ola biləcəyini söyləməsi eşidilir.
Qadın isə ona belə cavab verir:
“Cavan ikən cəmi iki dəfə getmişəm. Orada heç kimi tanımıram”.
Bu zaman qara paltarlı bir kişi qadını qəfildən yerdə sürüyərək avtobusdan aşağı atır. Maraqlıdır ki, ətrafdakı insanlar kişini dayandırmağa cəhd etməyiblər.
Sözügedən kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top