Gömrük Komitəsinin 52 yaşlı yeni sədr müavini kimdir? – “Ata Holdinq”də işləyib + Dosye


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Natiq Telman oğlu Şirinov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.
Yeniavaz.com 
xəbər verir ki, Natiq Şirinov 10 avqust 1970-ci ildə andan olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.
Əslən Biləsuvar rayonundan olan Natiq Şirinov 2006-2011-ci illərdə “Ata Holdinq” şirkətində işləyib.
Daha sonra Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin, həmçinin İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi vəzifəsini daşıyıb.
Natiq Şirinova 12 fevral 2021-ci ildə Prezidentin sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.

DİGƏR XƏBƏRLƏR

Top