Yoluxanların sayı açıqlandı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 826 075 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 510 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 557 nəfərdir.
Ölkədə son sutka ərzində 2 438, hazırkı dövrədək isə 7 423 605 test aparılıb.

Həmçinin son sutkada koronavirus (COVID-19) əleyhinə 365 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 79, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 110, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 18 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 930 256, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 395 462, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 464, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 394 777, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 553 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top