Mingəçevirdə bayram konserti olub - Fotolar


Mingəçevirdə dekabrın sonuna doğru şəhərin baş meydanında, yolka ətrafında tanınmış musiqiçilərin iştirakı ilə ümumşəhər konserti təşkil olunub.
Yeniavaz.com
xəbər verir ki, tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, işçiləri, ictimaiyyət nümayəndələri, mətbuat və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Heydər Əliyev parkının önündə təşkil olunan konsert proqramını şəhər sakinlərinin izləməsi üçün şərait yaradılıb.

Musiqiçilər şəhər sakinlərinin zövqünü oxşayan musiqi nömrələri təqdim ediblər.

Konsert proqramının təşkili ilə yanaşı tədbirdə Şaxta baba və Qar qızın iştirakı da böyük marağa səbəb olub.

Konsertin sonunda atəşfəşanlıq olub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top