Fransa səfiri Türkiyə XİN-ə çağırıldı


Fransanın Ankaradakı səfiri Herve Maqro Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, səfirə son günlər Fransada yayılan PKK-ya dəstək xarakterli bəyanatlar barədə xəbərdarlıq edilib. 
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Fransanın Ankaradakı səfiri Herve Maqro bazar ertəsi Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və orada ötən cümə günü Parisdə baş verən hücumdan sonra bəzi Fransa hökumət rəsmilərinin PKK-ya dəstək üçün başlatdığı qara təbliğatdan narazılığı ifadə edilib", - deyə bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top