“Taliban” qadınların təhsilinə qadağa qoyulduğunu rədd etdi


“Taliban” tərəfindən təyin edilmiş Əfqanıstan Baş nazirinin müavini Mavlavi Abdul Kabir hökumətin qadınların təhsil almasına etiraz etmədiyini bildirib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bəxtar” agentliyi məlumat yayıb.
Əfqan Özəl Universitetlər Assosiasiyası ilə görüşdə Kabir belə bir qadağanın mövcudluğunu inkar edib və “Taliban”ın təhsilin dayandırılmasına ən qısa zamanda son qoymaq niyyətində olduğunu bildirib.
Xatladaq ki, dekabrın 22-də “Taliban” Əfqanıstanda qadınların təhsilini tamamilə qadağan etməyə çağırıb. Həmçinin ölkədə qadınların idman zallarına getməsi qadağan edilib.

DİGƏR XƏBƏRLƏR

Top