Bakıda İT bacarığı ilə seçilən bacı-qardaş - Video


Bu gün Elm və Təhsil Nazirliyi tərəfindən Kod saatı - Rəqəmsal Bacarıqlar layihəsi həyata keçirilib.

Yeniavaz.com xəbər verir ki, Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bununla bağlı görüntülər paylaşıb. Bildirilib ki, layihədə Azərbaycanı təmsil edən şagirdlər kodlaşdırma bacarıqlarını nümayiş etdiriblər. Bakının 249 nömrəli tam orta məktəbindən olan bacı-qardaş birinci və ikinci yeri tutub. Onlar kodlaşmanı bir-birilərindən öyrəndiklərini bildiriblər. İnformasiya texnologiyaları sahəsində çalışmaq istədiklərini bildiriblər. 

“Kod saatı” müsabiqəsinin II yerinin qalibi Əkbər Əbilov isə bir müddət əvvəl qəza keçirsə də, qalib olmağı bacarıb.
Həmin görüntülər təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top