"Təhdidlər və çağırışlar artır" - Putin


Təhdidlər və çağırışlar artır, MDB üzvləri arasında da fikir ayrılıqları yaranır, lakin Birlik ölkələri arasında onları həll etmək hazırlığı var.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin MDB liderlərinin qeyri-forma sammitində çıxışı zamanı deyib.

"Təəssüf ki, bu sahədə ilk növbədə kənardan gələn çağırışlar və təhdidlər ildən-ilə artır. Təəssüf ki, biz etiraf etməliyik ki, Birliyə üzv dövlətlər arasında da fikir ayrılıqları yaranır. Lakin əsas odur ki, əməkdaşlıq etməyə hazırıq. Hər hansı problemli məsələlər ortaya çıxsa belə, biz onları özümüz birlikdə bir-birimizə yoldaşlıq yardımı göstərərək həll etməyə çalışırıq”, - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top