Kirayə mənzillər ƏDV-dən azad olunur – Video


Vergi Məcəlləsinin tələblərinə əsasən, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi əməliyyatı ƏDV-nin vergitutma obyekti hesab edilir. Bu hal isə vətəndaşların aylıq ödənişlərinin artmasına və nəticə etibarilə əhalinin mənzil əlçatanlığının aşağı düşməsinə, habelə bu mexanizmin səmərəliliyinin azalmasına gətirib çıxara bilər. Bu baxımdan, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizminin mahiyyətini və yaradılması məqsədlərini, həmçinin sosial yönümlülüyünü nəzərə alaraq, qeyd olunan əməliyyatın ƏDV-dən azad edilməsi nəzərdə tutulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, təklif olunan güzəşt bu mexanizmin daha da təkmilləşməsinə, o cümlədən vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi və əlçatanlığın təmin edilməsinə öz töhfəsini verəcək.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top