Həlak olan hərbçilərin valideynləri "20 Yanvar"da aksiya keçirdi


Dekabrın 26-da saat 14 radələrində müxtəlif illərdə qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların bir qrup valideyni və qohumu "20 Yanvar" dairəsində toplanıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyininin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Yeniavaz.com-a bildirib ki, onların tələbi övladlarına və yaxın qohumlarına şəhidlik statusunun verilməsi olub.
Qeyd edilib ki, polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılaraq aidiyyəti ünvana göndəriliblər.

DİGƏR XƏBƏRLƏR

Top