İrandan Azərbaycana qızıl keçirmək istəyən şəxs saxlanıldı


Dekabr ayının 24-də saat 02:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 1 (bir) nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq İrandan Azərbaycan istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucusu təqib olunaraq saxlanılıb. Saxlanılan şəxsin Yardımlı rayonunun Avaş kənd sakini 1989-cu il təvəllüdlü Babayev Taryel Səfər oğlu olması müəyyənləşdirilib.
Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 kiloqram 300 qram qızıla bənzər zinət əşyaları aşkar olunaraq götürülüc.
Fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top