Bu çağırışların Ukrayna üçün nəticələri olacaq - İran XİN


“İranın silah istehsalının məhv edilməsi çağırışlarının Ukrayna üçün siyasi və hüquqi nəticələri olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kənani Çafi bildirib.
"Bir daha bildiririk ki, biz Ukraynadakı müharibədə iştirak etmirik və böhranın həllinə, həmçinin sülhün bərqərar olmasına kömək etməyə hazırıq. Biz Ukrayna hakimiyyətinin hədələyici ritorikasını məsuliyyətsizlik hesab edirik ki, bu da siyasi və hüquqi nəticələrə gətirib çıxaracaq".
Qeyd edək ki, daha əvvəl Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixailo Podolyak İranda silah istehsalını məhv etməyə çağıran bəyanat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top