Ziya Məmmədovun oğlunun Londondakı 8,4 milyonluq restoranı... – Fotolar


Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğu iddia edilən Londondakı elit restoranın fotoları yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, restoran 8,4 milyon manata başa gəlib:
“Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Londonda elit restoranı 4 milyon funt sterlinqə (8.4 milyon manat) başa gəlib”.








O, həmçinin əlavə edib ki, A. Məmmədov Virciniya adalarındakı tək bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahibdir:
“Sənədlərdə qeyd olunur ki, son nəzarət edən tərəf Anar Məmmədovdur. Onun şirkəti Britaniyanın şimal-qərbində 22 restorandan ibarət “KFC franchise” şəbəkəsinə sahibdir”.









DİGƏR XƏBƏRLƏR

Top