Rusiyanın hərbi aerodromuna hücum - Ölən və yaralananlar var


Rusiya Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri Ukrayna PUA-sının Saratov vilayətindəki Engels hərbi aerodromuna endirilməsinin qarşısını alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dağıntıların düşməsi nəticəsində 3 nəfər həlak olub, təyyarələrə ziyan dəyməyib.
“BAZA” teleqram kanalının məlumatına görə, ölən 3 nəfərdən əlavə, 4 nəfər xəstəxanaya yerləşdirilib. Partlayışdan sonra yanğın sahəsi 120 kvadratmetr olub.
Saratov vilayətinin qubernatoru Roman Busargin bildirib ki, şəhərin yaşayış massivlərində fövqəladə vəziyyət yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top