Ərdoğan: "Ronaldonu bitirdilər" - Video


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurum Atatürk Universitetinin şəhərciyində gənclərlə görüşü zamanı onların yönəltdiyi Ronaldo - Messi müqayisəsi ilə bağlı suala maraqlı cavab verib.
Yeniavaz.com
xəbər verir ki, Ərdoğan Messi və Ronaldonu müqayisə edə bilmədiyini ifadə edərək bunları deyib:
"Ronaldonu bitirdilər. Təəssüf ki, Ronaldoya siyasi sanksiya tətbiq etdilər və Ronaldo kimi futbolçunu ikinci hissədə oyuna salmaq, 15 dəqiqə, yarım saat oynamaq onun həm psixologiyasını, həm də bütün enerjisini əlindən aldı. Mənə çatan məlumata görə, Ronaldo indi Səudiyyə Ərəbistanına gedir. Ronaldo Fələstini dəstəkləyən biridir. İndi söhbət gələcəklə bağlıdır, Mbappe, o, gələcəkdədir”.
Ərdoğan bildirib ki, Dünya Kubokunun final oyunundan sonra Fransa prezidenti Emmanuel Makrona Argentinanın yaxşı oynayaraq qalib gəldiyini və buna görə üzülməməli olduğunu söyləyib:
"Penaltilərdə Argentina həqiqətən əla idi, amma yaşına baxmayaraq Messi... Yalnız Mbappe gələcəyi təhdid edir, yaş 23, Messi 34 və Messinin təcrübəsi öz sözünü dedi. Beləliklə, 30 ildən sonra Argentina Dünya Kubokunu qazandı. Uğurlar, ümid edirəm, biz də qazanarıq”.

DİGƏR XƏBƏRLƏR

Top