Xameneinin bacısı qızı aclıq aksiyasına başladı


İranın ali rəhbəri Seyid Əli Xameneinin həbsdə olan bacısı qızı Fəridə Muradxani aclıq aksiyasına başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Fəridə Muradxaninin qardaşı Mahmud Muradxani tvitter vasitəsilə yayıb.
“Fəridə Muradxani saxlanmasına və ev dustaqlığına buraxılmamasına etiraz olaraq aclıq aksiyasına başlayıb”, - Mahmud Muradxani bildirib.
Qeyd edək ki, dekabrın 9-da Fəridə Muradxani 15 il müddətinə azadlıqdan məhrum edilib. O həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top