Sülhməramlılara məxsus iki avtomobil aksiya yerindən keçib


Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə biliblər.

Yeniavaz.com "Azərtac"a istinadla xəbər verir ki, bu gün Laçın istiqamətindən Xankəndinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha iki avtomobilin aksiya keçirilən məkandan sərbəst hərəkətinə şərait yaradılıb.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq 14-cü gündür davam edir.

DİGƏR XƏBƏRLƏR

Top