Yoluxanların sayı açıqlandı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Yeniavaz.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Həmçinin son sutkada koronavirus (COVID-19) əleyhinə 226 vaksin vurulub.
Operativ Qərargahın məlumatına görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 75, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 97, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 16 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 929 891, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 395 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 385, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 394 667, pozitiv nəticədən sonra buster doza olunanların sayı 264 535 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top