Çin donanması Tayvan yaxınlığında hərbi təlimlər keçirdi


Çin Hərbi Dəniz Qüvvələri digər qoşun növləri ilə birlikdə Tayvan adası yaxınlığında patrul və atış təlimləri keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (AXO) döyüş komandanlığının Şərq zonası üzrə rəsmi nümayəndəsi Şi Yi məlumat verib.
"Dekabrın 25-də ÇXR Silahlı Qüvvələri bütün qoşun növlərinin iştirak etdiyi Tayvan adası yaxınlığında patrul xidməti həyata keçirib. Hərbi təlimlər də atış və birgə zərbələrlə keçirilib", - hərbi komandanlığın sosial şəbəkələrdəki səhifəsində yerləşdirilən mesajda deyilir.
Şi Yinin bildirib ki, təlimlər Çinin ABŞ və Tayvanın gücləndirilmiş təxribatlarına həlledici cavabıdır:
“Döyüş Komandanlığının Şərq Bölgəsi ölkəmizin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə qorumaq üçün bütün lazımi tədbirləri görəcək”.

DİGƏR XƏBƏRLƏR

Top