Ermənistan vətəndaşları Paşinyandan razıdır, yoxsa narazı? – Sorğunun nəticəsi...


Dünyanın nüfuzlu araşdırma şirkətlərindən olan Amerika İctimai Fikir İnstitutu (“Gallup”) tərəfindən Ermənistanda növbəti sorğu keçirilib.
Yeniavaz.com
 “Gallup”un açıqladığı məlumatlara istinadən xəbər verir ki, keçirilən sorğuda vətəndaşlardan Ermənistanın baş naziri Nikol Paşinyanın fəaliyyətini bəyənib-bəyənmədikləri soruşulub.
Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 23,2%-i Paşinyanın fəaliyyətini mütləq şəkildə bəyəndiklərini bildiriblər.
Respondentlərin 14,8% isə digər siyasətçilərlə müqayisədə Paşinyanın fəaliyyətini daha çox bəyəndiklərini deyiblər.
Sorğuda iştirak edənlərin 34,7% Paşinyanın fəaliyyətini bəyənmədiklərini, 23,1%-i isə digər siyasətçilərlə müqayisədə bəyənmədiklərini açıqlayıblar.
Ermənistan hökumətinin fəaliyyətini isə respondentlərin 50,8%-i bəyənib. Ermənistan parlamentinin fəaliyyətini rəyi soruşulanların yalnız 35,7% müsbət dəyərləndirib.
 

DİGƏR XƏBƏRLƏR

Top