Azərbaycanda aviabiletlər ucuzlaşa bilər - Video


Birdən-birə minlərlə ucuz aviabiletin satışa çıxarılması adi qaydada satılan bilet qiymətlərinə də  təsirsiz ötüşməyəcək. Bu kampaniya xüsusilə yay aylarında biletlərin bahalaşmasının qarşısını ala və turpaketlərin ucuzlaşmasına səbəb ola bilər.

Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bunun turizm üzrə ekspert Rəhman Quliyev deyib.

O hesab edir ki, bu cür kampaniyalar mütəmadi olmalıdır. Ekspert düşünür ki, bu təşəbbüs həm yay aylarında sıxlığa təsir edə, həm də qiymətlərin bahalaşmasının qarşısını ala bilər.

Xüsusilə xarici ölkələrə təşkil edilən turların qiymətlərinin nisbətən enəcəyi gözlənilir. Ekspert deyib ki, əksər hallarda turların baha olmasının səbəbi aviabiletlərin mövsümi vaxtlarda kəskin bahalaşması olur.

Qeyd edək ki, ''Buta'' hava yolları 10 min aviabileti endirimli qiymətlərlə satışa çıxarıb. Ən ucuz aviabilet 29 avrodan başlayır. Məhdud sayda olsa da, hələlik aviabiletlərdən qalan var.

Ətraflı videomaterialı təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top