Podolyak İranın PUA zavodlarını vurmağa çağırdı


Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak İranın pilotsuz uçan aparat zavodlarına zərbə endirməyə çağırıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, öz “Twitter” səhifəsində yazıb.
Podolyak deyib ki, İran Rusiyaya raket və pilotsuz təyyarələrin tədarükünü artırmağı planlaşdırır. Bu səbəblə o, İranın dron istehsal edən müəssisələrini ləğv etmək lazım olduğunu bildirib.
"İşləməyən sanksiyalardan, BMT qətnamələrinin etibarsız konsepsiyasından imtina etmək və daha dağıdıcı vasitələrə - zavodların məhvinə, təchizatçıların həbsinə keçmək vacibdir", - deyə Podolyak yazıb.

DİGƏR XƏBƏRLƏR

Top