İş həyatında emosional tükənmənin səbəbləri


Peşəkar çalışanların iş həyatında emosional tükənməsinin əsas səbəbləri çox sayda tapşırıq axını, gərgin iş rejimi və ofisdəki münaqişələrdir. 
Yeniavaz.com xəbər verir ki, bu barədə rusiyalı mütəxəssislər açıqlama yayıb.
“Adətən, emosional tükənmə yüksək həcmli tapşırıqlardan irəli gəlir (67 faiz). İşin təhvil verilməsi üçün son tarixlərin təzyiqi (56 faiz) burada əsas rol oynamır. Münaqişələr və həmkarlarının aqressiv davranışı işçilərin 46 faizini, işin yerinə yetirilməsinə təsir edən gözlənilməz hallar isə 38 faizini əsəbiləşdirir.
Narahatlıq və yorğunluq həddindən artıq əsəbilik işə 72 faiz, səmərəliliyin azalması 69 faiz, gələcəyə pessimist baxış 61 faiz, tənqidə qarşı yüksək həssaslıq 51 faiz təsir edir.
Bu amillərdən ən çox təsirlənənlər yaradıcı mütəxəssislər (26 faiz), maliyyəçilər və iqtisadçılar (25 faiz), tibb işçiləri (19 faiz)dir. 
Bütün bu problərin qarşısının alınması üçün bəhs edilən amillərə daha diqqətli yanaşmağın vacib olduğu qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top