Mingəçevirdə bayramlar münasibətilə təmizlik işlərinə start verilib - Fotolar


Mingəçevirdə 31 Dekabr Dünya Azərbaycanlarının Həmrəylik Günü və Yeni il münasibətilə təmizlik-abadlıq işlərinə start verilib.
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları və texnikası şəhərin küçə və prospektlərində işlər aparır.
Təmizlik işləri səhər saatlarından şəhərin şərq qapısından qərb qapısına qədər davam etdirilib.
“Nur şəhəri”nin əsas nəqliyyat körpüsünün məhəccərləri, işıq dirəkləri idarənin əməkdaşları tərəfindən yuyulub.
Qeyd edək ki, Mingəçevir şəhər ərazisində təmizlik işlərinə Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin 400-ə yaxın əməkdaşı və texnikası cəlb edilib. Toplanan məişət tullantıları texnikalar vasitəsi ilə daşınaraq zərərsizləşdirlib.





Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top