Mingəçevirdə partlayış zamanı dağılan bina bərpa olunur - Fotolar


Yanvarın 16-da Mingəçevirdə qaz sızması nəticəsində iki mərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış baş verib. Partlayış zamanı 2 nəfər xəsarət alıb. Güclü partlayışın zərbə dalğasının təsirindən iki mərtəbəli binanın 4 mənzili və binanın dam örtüyü qəzalı vəziyyətə düşüb.
Bununla bağlı şəhər İcra Hakimiyyətindən Yeniavaz.com-a bildirilib ki, hadisədən dərhal sonra meriya Nazirlər Kabinetinə bu barədə müraciət edib.
Əraziyə Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Layihə İnstitutu və İcra Hakimiyyəti nümayəndələri birgə baxış keçirib, akt tərtib olunub.
Həmin mütəxəssislər layihə əsasında binanın möhkəmləndirmə və bərpa işləri aparmaq şərti ilə binanın müvəqqəti olaraq bərpasının mümkünlüyünü bildiriblər.
Bütün işlər üçün 150 min manat vəsait tələb olunduğu vurğulanıb.
FHN tərəfindən tender keçirilib və qalib gəlmiş podoratçı şirkət tərəfindən binada işlərin bərpasına başlanılıb.
Məlumat üçün bildirilib ki, binada yaşayan 4 mənzilin sahiblərinə dövlət vəsaiti hesabına kirayə pulları da verilir.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top