DSX və DİN-in birgə əməliyyatı: 5 Pakistan vətəndaşı saxlanıldı – Foto


Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabr ayının 23-də saat 01:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərən 5 (beş) nəfər Pakistan vətəndaşı saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaa, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.
Qeyd edilib ki, akt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top