Fransada DÇ-2022-nin finalının təkrar keçirilməsi tələb olunur


Fransada futbol üzrə 2022-ci il dünya çempionatının finalının təkrar keçirilməsini tələb edirlər.
Yeniavaz.com
Sports.ru-ya istinadən xəbər verir ki, bu məqsədlə Fransanın “Mesopinions” platformasında petisiya dərec edilib.
Petisiya yaradıldığı vaxtdan artıq 207 min nəfər onu imzalayıb.
“Hakimlik tamamilə pozulmuşdu, penalti yox idi, Argentinanın 2-ci qolunda Mbappeyə qarşı kobudluq var idi”, - petisiyanın müəllifi yazıb.
Xatırladaq ki, DÇ-2022-nin finalında Argentina penaltilər seriyasında Fransaya qalib gələrək dünya çempionu olub.
Qeyd edək ki, matçı polşalı Şimon Marsinyakın başçılıq etdiyi hakimlər briqadası idarə edib.

DİGƏR XƏBƏRLƏR

Top