Xaçmazlı tələbə Stenford Universitetinə qəbul oldu: 145 min təqaüd alacaq


Azərbaycanlı tələbə Zülfiyyə Kişiyeva dünyanın ən məşhur universitetlərindən birinə 100% təqaüdlə qəbul olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Lent.az-a Z.Kişiyeva məlumat verib.
O, dünyanın №1 universitetlərindən hesab edilən Stenford Universitetinə daxil olduğunu və 85 min dollar (təxminən 145 min manat) təqaüd alacağını bildirib:
“Xaçmazda anadan olmuşam. Ailəm Bakıya köçdüyü üçün təhsilimi Gənclik İstək liseyində davam etdirmişəm. İstək liseyi bağlandıqdan sonra isə Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasına getdim, bu ilin yayında oradan məzun oldum.
Xaricdə təhsil alacağıma 6-7-ci sinifdən qərar verdim. Hazırlaşaraq SAT və İELTS kimi xarici universitetlərə qəbul imtahanlarından yüksək bal topladım. Bundan əlavə olaraq müxtəlif universitetlərin yay kamplarında (Stenford Universitetinin Riyaziyyat Kampı, Kanada/Amerika Riyaziyyat Kampı (mathcamp.org) və s.) iştirak etmişəm.
Bu ilin noyabrında isə özüm tək olaraq (heç bir xaricdə təhsil kursunun köməyi olmadan) Stenford Universitetinə müraciət etdim. Beləliklə, dekabrın 17-si qəbul xəbərimi aldım. Qeyd edim ki, mən 100% təqaüd ilə qəbul oldum, 85000 dollar alacam”.

DİGƏR XƏBƏRLƏR

Top