İngiltərədə "Strep A" bakteriyası sürətlə yayılır


İngiltərədə “Strep A” bakteriası səbəbilə 18 yaşdan kiçik 21 nəfər həyatını itirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyinin verdiyi açıqlamada bildirilib.
İndiyədək xəstəlikdən dünyasını dəyişənlərin sayı 94-ə yüksəlib.
Digər tərəfdən, 2017-2018-ci illər ərzində 27-si 18 yaşdan kiçik olmaqla 355 nəfər bu bakteriyadan dünyasını dəyişib.
Xəstəliyə yoluxma halları əvvəlki illərə nisbətən daha çoxdur.
Yoluxmanın artımının cəmiyyətdə bakteriyaların yüksək dövriyyəsi ilə bağlı olduğu təxmin edilir..
“Strep A” bakteriyasının insanların boğazında və dərisində yerləşdiyi, tez-tez soyuqdəymə və boğaz ağrısına səbəb olduğu bilinir.
Bədənin bəzi yerlərində qızartı və dəri infeksiyasına səbəb olan bakteriyalar bəzi hallarda ciddi fəsadlara və ölümə səbəb ola bilər.
Xəstəliyə səbəb olan bakteriyalar asqırma, öskürmə və yaxın təmas zamanı insanlar arasında asanlıqla yayıla bilir.

DİGƏR XƏBƏRLƏR

Top