Kamran Əliyev Mahir Abbasova vəzifə verdi


Baş Prokurorluqda yeni təyinat olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Baş prokurorun böyük köməkçisi Mahir Abbasov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsini icra edən təyin edilib.
Qeyd edək ki, test üsulu ilə Prokurorluq orqanlarına işə qəbul olunan Mahir Abbasov əvvəllər Füzuli hərbi prokurorluğunda, daha sonra uzun müddət dövlət ittihamçısı kimi çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top