Putin İlham Əliyevi təbrik etdi


Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, təbrikdə bildirilib:
"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm.
Dost Azərbaycan sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir. Dövlətlərimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinin nizamlanmasına və möhkəmlənməsinə sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk.
Bizim etimada əsaslanan yoldaşlıq münasibətlərimizi səmimi-qəlbdən yüksək dəyərləndirirəm. Əminəm ki, biz ikitərəfli və regional gündəliyin aktual məsələlərinə dair sıx birgə işimizi davam etdirəcəyik.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar diləyirəm. Fürsətdən istifadə edib Sizin ailənizə ən səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".

DİGƏR XƏBƏRLƏR

Top