“Paşa Sığorta” Azərbaycanın süni peykini yarım milyona sığortaladı


Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com 
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin nəticəsinə əsasən “Paşa Sığorta” ASC (VÖEN- 1400837161) bir il müddətində (2023-cü il) “Azersky” peykinin sığortalanması xidmətlərini həyata keçirəcək. Qeyd olunan xidmət üçün “Azərkosmos” “Paşa Sığorta”ya 517 min 900 manat ödəyəcək. “Azersky” peykinin dəyəri 24,3 milyon avro (43,7 milyon manat) bərabərdir.
Məlumat üçün bildirək ki, “Azersky” peyki Azərbaycana məxsus 3 peykdən biridir. Hazırda Azərbaycanın 2 rabitə peyki (“Azerspace-1” və “Azerspace-2”) və 1 müşahidə peyki (“Azersky”) var.
Xəbəri rus dilində oxuyun: "Paşa Sığorta" застраховала азербайджанский искусственный спутник за полмиллиона

Qeyd edək ki, “Azersky” Azərbaycanın ilk yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peykidir. Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində 2014-cu ilin iyun ayında orbitə çıxarılıb. 
Onu da bildirək ki, “Azersky”ı sığortalayan “Paşa Sığorta” ASC aktivlərinə görə (15,5 milyard manat) ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə məxsusdur. Nizamnamə kapitalı 50 milyon manat olan “Paşa Sığorta” ASC 2006-cı ildə təsis olunub.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top