Bayden bu halda Putinlə görüşəcək – Con Kirbi


ABŞ Prezidenti Co Bayden Rusiya danışıqlara ciddi iradə göstərərsə, Rusiya lideri Vladimir Putinlə görüşməyə hazır olacaq. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
“Əgər Putin ciddi istək nümayiş etdirsə, Prezident Bayden mütləq onunla görüşməyə hazır olacaq”, - deyə Kirbi bildirib.
 Eyni zamanda o vurğulayıb ki, ABŞ administrasiyasının rəhbəri rusiyalı həmkarı ilə danışıqlara yalnız Rusiya tərəfində ciddi və real hazırlıq olarsa, həmçinin Ukrayna ilə məsləhətləşmələr apardıqdan sonra hazır olacaq.

DİGƏR XƏBƏRLƏR

Top