Alman kəşfiyyatçısı Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb


Almaniya hakimiyyəti Berlində Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) əməkdaşını Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
"BND, görünür, Rusiya üçün işləyən öz əməkdaşını ifşa edib. Almaniya Baş Prokurorluğu bildirib ki, Almaniya Federal Kriminal Polis İdarəsi onu bir gün əvvəl saxlayıb", - deyə məlumatda qeyd olunub.
Müstəntiqlərin bildirdiyinə görə, saxlanılan şəxs bu ilin əvvəlində Rusiya xüsusi xidmət orqanlarına məlumat ötürüb, lakin konkret nə barədə olduğu hələlik bilinmir.
 

DİGƏR XƏBƏRLƏR

Top