Hikmət Hacıyev Baydenin müşaviri ilə danışdı


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də paylaşım edib.
“Biz Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Baydenin müşaviri ilə müzakirələr aparıb.

DİGƏR XƏBƏRLƏR

Top