Ceyhun Bayramov sabah Lavrovla görüşəcək


Sabah Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, görüş Rusiya XİN-nin Qəbullar Evində keçiriləcək.
Rusiya XİN-i bildirib ki, dekabrın 23-də Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün keçirilməsi planlaşdırılmışdı. Lakin İrəvan nazirlərin üçtərəfli görüşündə iştirakdan imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top