Zelenski Baydendən sonra Polşa Prezidenti ilə görüşdü


Ukrayna Prezidenti Volodimir Zelenski polşalı həmkarı Anjey Duda ilə görüşüb və gələcək planları müzakirə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna lideri öz “Telegram” kanalında yazıb.
“Evə qayıdarkən Ukraynanın dostu, Polşa Prezidenti Anjey Duda ilə görüşdüm. Biz gələcək üçün strateji planları, ikitərəfli əlaqələri və 2023-cü ildə beynəlxalq səviyyədə qarşılıqlı əlaqələri müzakirə etdik”, - deyə Zelenski bildirib.  
Xatırladaq ki, Zelenski bundan əvvəl ABŞ-a səfər edib ölkə başçısı Co Baydenlə görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top