Yoluxanların sayı açıqlandı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 81 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 825 737 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 141 nəfər müalicə olunaraq sağalıb, 10 002 nəfər vəfat edib, aktiv xəstə sayı 594 nəfərdir. Ölkədə son sutka ərzində 2 100, hazırkı dövrədək isə 7 415 031 test aparılıb.

Bundan əlavə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 513 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 201, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 109, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 181, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 22 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 928 983, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 395 000, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 208, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 394 308, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 467 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top