Naxçıvanda Vasif Talıbovu əvəz edən şəxsin ləqəbi "Xan"dır? - Dosye


Xəbər verdiyimiz kimi, Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
Yeniavaz.com
 xəbər verir ki, Fuad Nəcəfli əvvəllər bank-sığorta sektorunda çalışıb.
2004-2005-ci illərdə “Star Alliance” sığorta şirkətində, 2005-2006-cı illərdə “Texnika Bank” ASC-də işləyib.
2006-2011-ci illərdə “Paşa Sığorta” ASC-də çalışıb. Daha sonra “Paşa Holdinq”də müxtəlif vəzifələr icra edib.
2019-cu ildə Sumqayıt Texnologiyalar Parkında Müşahidə Şurasının üzvü olub.
Məlumat üçün onu da qeyd edək ki, daha əvvəl mətbuatda Fuad Nəcəfli barədə yazılan yazılarda qeyd olunur ki, Sumqayıt Texnologiyalar Parkında işçilər Fuad Nəcəfliyə “Xan” ləqəbi qoyublar.

DİGƏR XƏBƏRLƏR

Top