Rusiya XİN-dən Laçın dəhlizi ilə bağlı açıqlama


“Rusiya sülhməramlı missiyası Laçın dəhlizində vəziyyətə nəzarət üzrə öhdəliklərini yerinə yetirir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın sülhməramlıları öz tapşırıqlarını yerinə yetirməməkdə ittiham etməsinə reaksiya verərkən deyib.
 “Mən bunun əksini deyə bilərəm, Rusiya sülhməramlıları öz missiyasını yerinə yetirirlər”, - deyə o, müvafiq sualı cavablandırıb.
Qeyd edək ki, daha əvvəl Ermənistanın baş naziri bildirib ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Laçın dəhlizinə nəzarət etmək öhdəliyi var, lakin onlar bunu yerinə yetirmirlər.

DİGƏR XƏBƏRLƏR

Top