Prezidentin yüksək vəzifə verdiyi Adil Kərimli kimdir? - Dosye


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Adil Qabil oğlu Kərimli Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilərək Mədəniyyət nazirinin birinci müavini təyin edilib və mədəniyyət naziri təyin olunanadək həmin vəzifəni müvəqqəti icra edəcək.
Yeniavaz.com
xəbər verir ki, Adil Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olub.
1999-cu ildə (20 yaşında) Bakı Dövlət Universitetinin, Hüquq fakültəsinin bakalvr pilləsini bitirib. 2001-ci ildə (22 yaşında) Bakı Dövlət Universitetinin, Hüquq Fakültəsinin “Cinayət hüququ, cinayət prosesi və kriminalistika” ixtisaslaşması üzrə magistratura pilləsini bitirmiş və hüquq magistri elmi dərəcəsi alıb.
2007-ci ilin may ayında Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dissertantı olaraq “Qəsdən adam öldürmə cinayətlərinin tövsifində motivin yeri və rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, hüquq elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
1999-2001-ci illərdə Hüquq Ədəbiyyatı Nəşriyyatında hüqüq məsləhətçisi, 2001-2003-ci illərdə Bakı Hüquq Mərkəzində Baş hüquq məsləhətçisi, 2004-cü ildən Vəkillər Kollegiyasının üzvü, 2001-ci ildən BDU-nun müəllimi olub.
Adil Kərimli eyni zamanda Bakıda keçirilən “Eurovision-2012”nin icraçı prodüseri olub.

DİGƏR XƏBƏRLƏR

Top