Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsindən azad edilib.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, A. Kərimov 20 iyul 2020-ci ildə Prezidentin müvafiq sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini təyin olunmuş, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdi.
Prezidentin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə isə o, mədəniyyət naziri vəzifəsinə təyin edilmişdi.