Seymur Talıbov atasının istefasına belə əl qaldırıb - Video


Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. Onun səhhəti ilə bağlı vəzifəsindən azad olunması müraciəti Ali Məclisin altıncı çağırış səkkizinci sessiyasında səsə qoyularaq qəbul olunub. İclasda Ali Məclisin deputatı, Vasif Talıbovun oğlu Seymur Talıbov da iştirak edib. O da digər deputatlar kimi atasının istefası ilə bağlı sessiyada əl qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, Naxçıvan TV-nin sessiyadan hazırladığı süjetin həvəskar kadrları sosial şəbəkələrdə yayılıb.
Kadrlarda S. Talıbovun atasının istefasına əl qaldırması da əks olunub.
Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top