Ukrayna hərbçiləri “Patriot”dan istifadəni bu ölkədə öyrənəcək


Ukrayna hərbçilərinin “Patriot” zenit-raket kompleksi ilə işləmək üzrə təlimi Almaniyada və başqa ölkələrdə keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə amerikalı rəsmiyə istinadla Əl-Cəzirə telekanalı məlumat yayıb.
Mənbə onu da qeyd edib ki, Ukraynaya növbəti hərbi yardım paketinə HIMARS reaktiv yaylım atəş sistemləri və anti-radar raketləri üçün döyüş sursatları daxildir.
Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken bu gün bildirib ki, ABŞ Ukraynanın tələb etdiyi “Patriot” hava hücumundan müdafiə sistemini Kiyevə yeni hərbi yardım paketinə daxil edib. 

DİGƏR XƏBƏRLƏR

Top