Sabiq Peru Prezidentinin ailəsi Meksikaya qaçdı


Perudakı siyasi böhrana görə saxlanılan keçmiş prezident Pedro Kastilonun ailəsi sığınacaq istədikləri Meksikaya gedib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Meksikanın xarici işlər naziri Marselo Ebrard Kastillonun ailəsinin paytaxt Mexikoya çatdığını və ölkəsinin sığınacaq vermək ənənəsinə hörmət etdiklərini bildirib. Peru hökuməti tərəfindən persona-non-qrata elan edilən Meksikanın Limadakı səfiri Pablo Monroy Conesa da Castillonun həyat yoldaşı və 2 uşağını müşayiət edib.

DİGƏR XƏBƏRLƏR

Top