Vasif Talıbovun xidməti maşın və şəxsi mühafizəsinin əlindən alındığı bildirilir


Vasif Talıbovun xidməti maşını və şəxsi mühafizəsi əlindən alınıb.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, ötən gün Bakıdan qayıdan Ali Məclisin sabiq sədri V.Talıbov hava limanından hər zamankı formada deyil, VIP qapıdan keçib. Onu hava limanında heç kim qarşılamayıb. Kiçik oğlu şəxsi avtomobili ilə atasını hava limanından götürüb.

V.Talıbovun evinin ətrafında olan mühafizə də ləğv edilib.

Bir digər məlumata görə, Naxçıvanın Culfa-İran, Sədərək-Türkiyə, Şahtaxtı-İran gömrük-keçid məntəqələri iki gündür ki, bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top