Kəmaləddin Heydərov Süleyman Soylu ilə görüşdü - Foto


Türkiyədə keçirilən Türk Dövlətləri Təşkilatının Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə iştirak etmək üçün Ankarada səfərdə olan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu ölkənin daxili işlər naziri Süleyman Soylu ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-in saytında məlumat və fotolar dərc olunub.
Qeyd olunub ki, görüşdə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsi, o cümlədən birgə təlim və kursların təşkili məsələləri müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top