Vasif Talıbovla bağlı qərarın qəbul olunduğu iclasdan - Fotolar


Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, sessiyada Ali Məclisin Sədrinin səhhəti ilə bağlı vəzifəsindən azad olunması barədə qərar layihəsi səsə qoyularaq qəbul olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalovun çıxışından sonra Ali Məclisin altıncı çağırış səkkizinci sessiyası öz işini başa çatdırıb.
Qeyd edək ki, Nuhçıxan İnformasiya Agentliyi sessiyadan fotolar yayıb. Fotolardan görünür ki, iclasda V. Talıbovun özü iştirak etməyib. Lakin onun deputat oğlu Seymur Talıbov sessiyada iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top